"Beşiktaş"ın iki futbolçusu millimizdə

"Beşiktaş"ın iki futbolçusu millimizdə
16:27 3 Aprel 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2 yoxlama oyunu keçirəcək. Fanar.Az xəbər verir ki, millimiz Bakının qonağı olacaq Makedoniya yığması ilə qarşılaşacaq.

 

Aprelin 11-də və 13-də keçiriləcək yoldaşlıq oyunları “Dalğa Arena”da baş tutacaq. Hər iki oyun saat 17.00-da başlayacaq.

 

Komandamız Makedoniya ilə görüşlərə hazırlıq məqsədilə təlim-məşq toplanışına yığışacaq. Aprelin 6-dan 14-nə qədər Bakıda təşkil ediləcək hazırlıqlara Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev, Elçin Əsadov, Ərziman Rizvanov (hamısı “Neftçi”), Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli, Nadir Qasımov, Murad Qayalı (hamısı “İnter”), Süleyman Əhmədov (“Sumqayıt”), Əli Sadıxov, Murad Popov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Məmməd Hüseynov, Xəqani Sadıxov (hər ikisi “Qarabağ”), Hüseyin Seylığlı, Metin Güler (hər ikisi “Beşiktaş”, Türkiyə) və Barış Ekincierdi (“Rot-Vays”, Essen, Almaniya).


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbeiktaquotn-iki-futbolcusu-millimizd-t57316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR