"Tvitlərim olmasaydı, mən burada olmazdım" - Tramp

"Tvitlərim olmasaydı, mən burada olmazdım" - Tramp
16:37 3 Aprel 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Ağ Evdə nəyə görə Almaniya kansleri Angela Merkelin əlini sıxmadığını şərh edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp jurnalistin "əllə görüşün" sözlərini eşitmədiyini bildirib:

"Kansler Merkel ilə möhtəşəm bir görüş keçirdik. Beş dəfə əlini sıxdım. Sonra yan-yana oturarkən, deyəsən bir jurnalist "onun əlini sıx" dedi. Mən onu eşitmədim". 

Sosial şəbəkələrdə aktiv olan Tramp "atdığınız tvitlərdən hər hansı birinə görə peşmansınızmı" sualına belə cavab verib: "Tvitlər olmasaydı, mən burada olmazdım. Facebook, Instagram və Twitter-də 100 milyondan çox izləyicim var. Saxta mediaya müraciət etmək məcburiyyətində deyiləm. Atdığım tvitlərin heç birindən peşman deyiləm. Yüzlərlə tvit atarkən arada bir uğursuzları ola bilər. Bu, o qədər də pis deyil". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR