Bakı metrosu normal qrafikdə işləyir

Rusiyanın Sankt-Peterbruq şəhərindəki metro stansiyasında güclü partlayış baş verib. Faciə "Sennaya Ploşad" stansiyasında qatar platformada dayanan zaman qeydə alınıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu deyilir.

Faciə Bakı metrosunda da təhlükəsizlik məsələsini yenidən gendəmə gətirib.

Bununla bağlı Metbuat.az-a açıqlama verən “Bakl Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hansı metroda nə baş verməsindən asılı olmayaraq, Bakı metrosunda təhlükəsizlik məsələləri yüksək səviyyədədir. Təhlükə ilə bağlı hər hansı bir məlumat olarsa, hüquq mühafizə orqanları gücləndirilmiş iş rejimində keçəçəklər.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR