Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Maksim Tsurkov/
"Paşa Bank" ASC yanvarın 7-dən Bakı Fond Birjasının (BFB) üzvü olan "Paşa Kapital" şirkəti vasitəsilə "AccessBank" ASC və "Unibank" ASC-nin faizli, təmin edilməmiş, sənədsiz istiqrazları üzrə market-meyker xidmətləri göstərməyə başlayır.
Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, market-meykerin sözügedən istiqrazların hər biri üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 000 manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5% təşkil edir.
Qeyd edək ki, "Paşa Bank" ASC 2007-ci ilin iyununda yaradılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az