"Azərbaycan millisində bir oyuna çıxsam, Ukrayna yığmasının..."

"Azərbaycan millisində bir oyuna çıxsam, Ukrayna yığmasının..."
16:47 3 Aprel 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

"Ukrayna klublarından təklif yox idi. Bir dəfə U-14 komandasına çağırış oldu. Amma xəstələndiyim üçün gedə bilmədim. Bununla da hər şey yekunlaşdı. "Dnepr"in əvəzedici heyətində olduğum vaxt isə məni U-17 yığmasına çağırmaq istəyirdilər. Amma son nəticədə məni heç kim heç yerə çağırmadı".


Bunu Ukrayna "Dnepr"inin və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının futbolçusu Dmitri Nağıyev "Sport Seqodnya" nəşrinə müsahibəsində deyib. Gənc müdafiəçi Azərbaycan vətəndaşlığı almasından danışıb: "Anamın bir tərəfi azərbaycanlıdır. Artıq dünyasını dəyişmiş babam Azərbaycanda məşhur hərbçi olub. AFFA-dan onun vasitəsilə mənimlə əlaqə saxladılar. Yığmada oynamağı təklif etdilər. Düşündüm ki, niyə də yox?! Özümü yoxlamağı qərara aldım. Üstəlik, həmin vaxt "Qəbələ" variantım var idi. Vətəndaşlığım mənə Azərbaycanda legioner sayılmamağa kömək edəcəkdi. Yekunda hər şey nəzərdə tutulduğu kimi alınmadı. Amma mən Azərbaycan pasportu alaraq, gənclər yığmasında bir neçə oyun keçirdim. Çoxları düşünür ki, atam tərəfdən əslən azərbaycanlıyam. Amma əslində hər şey əksinədir. AFFA-nın saytında məni Dmitri Ruslan oğlu Nağıyev kimi yazdıqda anam bərkdən gülüb atamla zarafatlaşdı. Ümumilikdə Azərbaycanda çoxlu qohumum və tanışım var. "Zvezda" ilə oyundan sonra onlardan çoxlu zəng və mesaj aldım. Hərçənd, göz qabağında olduqda çoxları zəng edirlər. Hətta oynamasam belə, xoş haldır ki, Azərbaycandan yazıb zəng edirlər".


Nağıyev Ukrayna yığmasında oynama şanslarının qaldığını da bildirib: "Azərbaycanın əsas millisində bir oyuna çıxsam, Ukrayna yığmasının qapıları üzümə bağlanacaq. FİFA-nın qaydaları belədir. Əla başa düşürəm ki, səviyyəm birinci yığmaya hələ uyğun deyil. Amma hər şey çox tez dəyişir. 1,5 il əvvəl Nikolay Matviyenko ilə əvəzedicilərin matçında bir-birimizə qarşı oynamışdıq. İndi isə o, Xorvatiyaya qarşı Ukrayna yığmasında debüt etdi və yaxşı da oynadı. Həyatda hər şey çox tez dəyişir. Moskvadakı agentimin mənə dediyi kimi: "Yatanda ulduz, ayılanda heç kim ola bilərsən. Amma yatanda heç kim, ayılanda ulduz da olmağın mümkündür".


Qeyd edək ki, Dmitri Nağıyev Ukrayna Premyer Liqasının XXIII tur matçında "Zirka"nı məyus edib. O, "Dnepr"in əsas komandasındakı debüt matçında komandasına qələbə qazandırıb - 1:0.("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycan-millisind-bir-oyuna-cxsam-ukrayna-ymasnnquot-t57318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR