Yaralını döyüş meydanından təxliyyə edən dron hazırlanır

Yaralını döyüş meydanından təxliyyə edən dron hazırlanır
16:47 3 Aprel 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Silahlı Qüvvələri üçün yaralı əsgərləri döyüş meydanından təxliyyə edəcək pilotsuz uçuş aparatları hazırlanır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib ki, ordu döyüş meydanında yeni tibbi texnologiyaların tətbiqi üzərində çalışır. Söhbət yaralı əsgərin və müəyyən qədər yükün yerləşdirilə biləcəyi ikiturbinli DP14 dronundan gedir.
 
Dronun faydalı yükgötürmə qabiliyyəti 200 kiloqramdır. Aparatın yükgötürmə yerinin uzunluğu 1,8 metr, eni 0,5 metrdir. O, avtonom rejimdə 2,5 saat havada qalır. PUA-nın sürəti saatda 130 km-ə çata bilər. Məkanda orientasiya üçün qurğu lazer sistemləri, GPS və süni intellektdən istifadə edəcək.
 
DP14 marşrutu özü seçir, maneələrdən qaçır, kursu korrektə edir və eniş üçün yer seçir. Qalxış və eniş üçün xüsusi meydançaya ehtiyac yoxdur. PUA 15 dərəcəli bucaqdan, kol-kos basmış yerlərdən, qarlı və buzlu səthdən havaya qalxa bilir. Sistem tüstülü, tozlu və yağışlı havada işləmək, yaralını okeandakı gəmilərə endirmək qabiliyyətinə malikdir.
 
Hərbçilər hesab edir ki, bu cür sistemlər gələcəyin sistemləridir. O, ucuz, dözümlü və effektivdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR