O şirkətə böyük zərbə

Qrafik texnologiyalar şirkəti olan "Imagination Technologies Group" ən böyük müştərilərindən birini - "Apple"-ı itirib.

Metbuat.az bildirir ki, "Apple" şirkəti "Imagination Technologies Group"-un təqdim etdiyi xidmətlərdən istifadəni dayandırıb və növbəti 15-24 ay ərzində yeni məhsullarında adıçəkilən şirkətin xidmətlərindən istifadə etməyəcək.

Ötən ilin maliyyə nəticələrinə görə, "Imagination Technologies Group" şirkətinin gəliri 65 milyon funt-sterliq təşkil edib. "Apple" ilə razılaşma çip meykerə illik qazancının təxminən yarısını qazandırır.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR