Sankt-Peterburqdakı terrorda ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur - İlkin məlumat

Sankt-Peterburqdakı terrorda ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur - İlkin məlumat
17:05 3 Aprel 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

"İlkin məlumata görə, Sankt-Peterbuqrda metroda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur".

Bu barədə Milli.Az-a Sankt-Peterburq Şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, baş vermiş partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, saat təxminən 16 radələrində Rusiyanın Sankt-Peterburq şəhərində metronun "Sennaya ploşad" və "Texnologiçeskiy institut" stansiyalarında partlayış baş verib. İlkin məlumatara görə, terror aktı nəticəsində baş verən partlayış zamanı 10 nəfər ölüb, 50-dən çox yaralı var. Yaralılar arasında uşaqların da olduğu qeyd olunur.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/russia/531642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR