Rusiyanın Avropanı hədəfə alan siyasəti bölgədə ciddi gərginlik yaradıb.
Metbuat.az-ın məlumatına görə, "The Guardian" qəzetinə açıqlama verən Litvanın müdafiə naziri Raimundas Karoblis bildirib ki, ruslar paytaxt Vilniusun Litvaya aid olmadığını irəli sürürlər:
"Çünki bir və ikinci dünya müharibəsi dövründə bölgə Polşanın işğalı altında idi. Əlbəttə, bu tarixdir. Lakin Rusiya bundan bəhanə kimi istifadə edir".
Nazir bəyan edib ki, Moskva Litvanın 3-cü böyük şəhəri Klaypedanın da bu ölkəyə aid olmadığına diqtə edir. Nazirin sözlərinə görə, Rusiya Krımı ilhaq etmək üçün Ukraynaya qarşı tətbiq etdiyi siyasətin eynisini Litvaya qarşı tətbiq edir.
Sübhan / METBUAT.az