"İnsanlar sınmış pəncərələrdən çölə çıxdılar" - Sankt-Peterburqdakı teraktın şahidi

"İnsanlar sınmış pəncərələrdən çölə çıxdılar" - Sankt-Peterburqdakı teraktın şahidi
17:12 3 Aprel 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərinin metropolitenində, iki stansiyada törədilmiş teraktın şahidlərindən biri partlayış zamanı vaqonda olduğunu deyib.

Milli.Az "Bumaqa"ya istinadən bildirir ki, şahid deyib: "Qəflətən partlayış oldu, diksindik. "Sennaya Ploşad" meydanından "Texnoloqiçeskiy İnstitut" stansiyasına vaqonda gedirdim. Qonşu vaqonda işıq söndü. Amma qatar dayanmadı, hərəkətə davam etdi. Qatar stansiyada dayandı. İnsanlar sınmış pəncərələrdən çölə çıxdılar".

Onun sözlərinə görə, partlayış 4-cü və ya 5-ci vaqonda olub.

Platformada tüstü yayılıb. İnsanlar şokda, panikada olublar.

Sankt-Peterburq metrpoliteninin iki stansiyasındakı partlayışlarda 10 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR