Aylıq 3 min manat əmək haqqı ilə çoban axtarılır.

Türkiyənin Muş şəhərində qoyun sürüsü sahibləri çoban qıtlığı səbəbindən bu işi bacaran şəxsləri aylıq 6 min TL (təxminən 3 min manat) əmək haqqı ilə işə dəvət edirlər.

Metbuat.az bildirir ki, çobanın bütün digər xərclərinin də ödəniləcəyi deyilir. Həmin şəxs qida, telefon və geyimlə təmin olunacaq. Əmək haqqının daha da artırılacağı istisna olunmur.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR