"Azərbaycanlıların xəsarət alması barədə məlumat daxil olmayıb"

"Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu metroda baş vermiş partlayış zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. Hazırda qurumun əməkdaşları yerli hakimiyyət orqanları ilə daimi təmasdadır".

Bunu Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov deyib.

Baş konsulun sözlərinə görə, hazırda diplomatik nümayəndəliyin əməkdaşları vətəndaşlarımız və həmvətənlərimizlə bağlı vəziyyəti aydınlaşdırmaq üçün yerli hakimiyyət orqanları ilə təmasdadır:

"İndiyədək azərbaycanlılarım xəsarət alması barədə məlumat daxil olmayıb". //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR