ATƏT/DTİHB Ermənistandakı seçkiləri tanımadı

ATƏT/DTİHB Ermənistandakı seçkiləri tanımadı
17:53 3 Aprel 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

“Seçicilərin ələ alınması seçkinin nəticələrinə ciddi təsir göstərdi”.

Publika.az
xəbər verir ki, bu barədə ATƏT-in Demorkatik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ermənistandakı parlament seçkilərini izləyən müşahidə missiyasının koordinatoru İqnasio Sançes Amor deyib.

Onun sözlərinə görə, seçkilərdə vətəndaşlara təzyiq göstərilib, həmçinin, müəssisələr öz işçilərinin səsini ələ alıb.

“Təzyiqlər haqda etibarlı məlumatlar var. Seçki günü sakit keçdi, lakin müdaxilələrin olması problemi yaşandı. Partiya nümayəndələri və polislər seçicilərə müdaxilə edirdi. İnsanlar seçki pozuntuları haqda danışmırlar, çünki hüquq-mühafizə orqanlarından çəkinirlər”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR