Uşağın şəxsiyyətinin formalaşmasında psixoloji dəstəyin rolu

Uşaqlar bizim gələcəyimizdir. Və bu gələcəyi sağlam təməllər üzrə qoymaq bizim borcumuzdur.

“Bu gün körpələrimizin üzündə gülüş görmək üçün valideynlər özlərini oda-közə atırlar. Amma müəyyən problemlərdən dolayı uşaqlarda psixoloji pozuntular olur”.

Bunu Metbuat.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib: “Adətən ailədə diqqətdən kənar qalmış, valideynlərin mübahisəsinə şahid olmuş, valideyni alkoqolizmdən, narkomaniyadan, ağır depressiyadan əziyyət çəkən uşaqlar olur. Uşaqlıq depresiyası böyük travmalarla nəticələnir. Bu depresiya vaxtında müalicə olunmasa gələcəkdə uşağın həyatında, həyata baxışında, xarakter və ətrafa münasibətində ciddi problemlərə gətirib çıxaracaq”. Övladlarınızı vaxtında peşəkar uşaq psixoloqlarına aparın. Müalicə müddətində övladlarınızda gedən dəyişikliyi hiss edəcəksiz. Bundan əlavə psixoloq övladınızda məsuliyyət hissinin aşılanması, empati bacarığı, qorxularla mübarizə etməyin yolları, özgüvənin bərpası, valideynlə, yaşıdları ilə ünsiyyət problemlərinin həllində də köməklik göstərəcək. Övladlarımız bizə tanrının əmanətidir. Bu əmanətə xəyanət etməyək.

Qeyd: "Güzgü" Dəyişim və İnkişaf Mərkəzi peşəkar uşaq psixoloqu və loqoped ixtisası üzrə vakansiya elan edib. CV-lərinizi guzgumerkez@gmail.com e-mail ünvanına göndərə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR