Bu avtobus xətlərində dəyişiklik edildi

Bu avtobus xətlərində dəyişiklik edildi
18:04 3 Aprel 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, həmin yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib.

 

 Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, H1 (Exspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər, alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər. Təmir işlərinə axşam saatlarından etibarən başlanılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR