Baş Prokurorluq: "Peterburq metrosunda baş verənlər terror aktıdır"

Baş Prokurorluq: "Peterburq metrosunda baş verənlər terror aktıdır"
18:05 3 Aprel 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

"Sankt-Peterburq metrosunda baş vermiş partlayış terror aktıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Rossiya 24" telekanalının efirində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib.
 
Təhlükəsizlik sisteminin işinin yoxlanılıb-yoxlanılmayacağına gəldikdə isə A. Kurennoy bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar.
 
Rusiya İstintaq Komitəsinin saytında yer alan məlumatda isə deyilir ki, Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb. 
 
Qeyd edək ki, Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR