Bakıda 6 avtobusun hərəkəti dəyişdirilir

Bakıda 6 avtobusun hərəkəti dəyişdirilir
18:32 3 Aprel 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda 6 sərnişin avtobusunun hərəkəti dəyişdirilir.

Milli.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığı üçün həmin yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, H1 (Exspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər.

Təmir işlərinə axşam saatlarından etibarən başlanılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR