Trend və Slovakiyanın TASR dövlət agentliyi tərəfdaş oldu

Trend və Slovakiyanın TASR dövlət agentliyi tərəfdaş oldu
18:37 3 Aprel 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

"Trend" Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Slovakiyanın İnformasiya Agentliyi (TASR) arasında əməkdaşlıq və məlumat mübadiləsi barədə saziş imzalanıb.

Milli.Az bildirir ki, sazişi "Trend" BİA-nın baş direktoru İlqar Hüseynov və TASR-ın baş direktoru Yaroslav Reznik imzalayıblar.

Sazişə əsasən, tərəflər daimi şəkildə bir-birini Slovakiyanın və Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı barədə operativ məlumat-təhlil və multimedia materiallarla təmin edəcəklər. Sazişdə agentliklərin təkcə xəbərlərlə yox, həm də foto və videomateriallarla mübadilə apara biləcəyi barədə bəndlər yer alıb.

Saziş həmçinin TASR və "Trend"in əməkdaşları arasında təcrübə mübadiləsini nəzərdə tutur.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Trend BİA-nın tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların, xüsusilə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan xəbərlərini bu ölkələrin və həmçinin, bütün dünya auditoriyası üçün istehsal edir.

TASR Slovakiyanın informasiya bazarında lider olan milli müstəqil müəssisədir. Agentlik hər il 250 000 xəbər, eləcə də foto və videomateriallar dərc edir. TASR xəbərlərini ingilis və slovak dillərində təqdim edir və bir çox beynəlxalq jurnalist təşkilatı və xəbər agentlikləri ilə tərəfdaşlıq münasibətlərinə malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR