"Səbail"in zədəliləri məşqlərə başladı

"Səbail"in zədəliləri məşqlərə başladı
18:37 3 Aprel 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

"Səbail"in müdafiəçiləri Qvanzav Maqomedov və Eltun Yaqublu artıq zədələrini sağaldırlar.

 

Fanat.Az xəbər verir ki, I divizionun 14-cü turda "Mil-Muğan" matçının ikinci hissəsində zədələnən Qvanzav Maqomedov və 17-ci tur qarşılaşmasında "Göyəzən"lə oyunöncəsi məşqlərin birində sıradan çıxan Eltun Yaqublu bərpa prosesini başa vurublar. 


"Aslanlar" aprelin 1-dən etibarən yüngül məşqlərə start veriblər.

 

Onların aprelin 14-ü "Zaqatala" ilə səfər qarşılaşmasında meydana çıxıb-çıxmayacaqları hələ ki dəqiq bilinmir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsbailquotin-zdlilri-mqlr-balad-t57322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR