"Real"ın böyük planı - 165 milyon...

"Real"ın böyük planı -   165 milyon...
18:57 3 Aprel 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

"Real" "Çelsi"nin ulduzu Eden Hazard və "Mançester Yunayted"in qapıçısı David De Geanın transferini reallaşdırmaq istəyir.


Fanat.Az "The Mirror"a istinadən xəbər verir ki, "Kral Klubu" "Çelsi"nin belçikalı futbolçusu üçün 105 milyon avrodan keçməy hazırdı.


Hələlik tərəflərdən heç biri bu barədə açıqlama vermir. Ötən gün "The Mirror"un bununla bağlı sualına cavab verən Hazard "Məni niyə bu zibilin içinə soxursan" desə də, onun "Real"da oynamağa həvəsli olduğu bildirilir.


Qapı xəttini də gücləndirmək niyyətində olan Madrid klubu "Çelsi"dən ayrılmaq istəməyən Tibaut Kurtisdən vaz keçib və David De Geanı hədəfə alıb. İspan qolkiperin "Mançester Yunayted" Çempionlar Liqasına vəsiqə qazanmayacağı halda komandanı tərk etmək istəyəcəyi deyilir. "Real"ın bu transfer üçün ən azı 50 milyon avro təklif edəcəyi bildirilir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotn-boyuk-plan-t57323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR