"Sarkisyanı sərt beynəlxalq çərçivəyə salmaq lazımdır, yoxsa..."

"Sarkisyanı sərt beynəlxalq çərçivəyə salmaq lazımdır, yoxsa..."
18:57 3 Aprel 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənistanda parlament seçkilərində hakim Respublika Partiyasının qələbə qazanması bu ölkənin xalqına heç bir xeyir verməyəcək".

Milli.Az bildirir ki, Bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, "Rusiyanın Cənubunun Analitikası" dövri nəşrinin baş redaktoru Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, Ermənistan sakinləri yenə də öz ölkələrini tərk edəcəklər, Serj Sarkisyan isə azərbaycanlılara münasibətdə daha çox nifrət təlqin etməklə Dağlıq Qarabağ münaqişəsi üzrə gərginliyi artırmağa davam edəcək:

"Sarkisyanı sərt beynəlxalq çərçivəyə salmaq lazımdır, yoxsa bu vəziyyət davam edəcək".

Ekspert bildirib ki, bu gün Ermənistanda S.Sarkisyanı vəzifəsini tərk etməyə məcbur edə bilən güc yoxdur:

"Ermənistandan fərqli olaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində tamamilə fərqli siyasət yürüdür. Rəsmi Bakı Azərbaycanla sülhün tərəfdarı olan ermənilərin də fəal iştirak etdiyi münaqişənin nizamlanması üzrə sülh platforması yaradıb.

Xatırladaq ki, aprelin 2-də Ermənistanda kütləvi qanun pozuntuları ilə müşahidə olunan parlament seçkiləri keçirilib

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR