Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Sankt-Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Metbuat.az-ın məlumatına görə, başsağlığı məktubunda qeyd olunub:

"Hörmətli Vladimir Vladimiroviç,

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.

Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR