Türkiyə reklama tələbləri sərtləşdirəcək

Türkiyə reklama tələbləri sərtləşdirəcək
14:43 7 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Gömrük və Ticarət Nazirliyi reklamın yerləşdirilməsi qaydalarının sərtləşdirilməsi üzrə qanun layihəsi hazırlayır. Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Milliyet" qəzeti məlumat verir.

Qanun layihəsinə görə, reklam çarxlarında “ilk dəfə”, “tələsin” və “məhdud satış” kimi sözlərdən istifadə qadağan olunacaq.

Bundan başqa, Türkiyə ərazisində ekstrasenslərin, astrologiya üzrə kitab və broşürlərin reklamı da qadağan ediləcək.

Qanun layihəsinə görə, ölkə ərazisində dərman preparatlarının reklamına da icazə verilməyəcək.

Reklam çarxlarında dini atributların nümayişinin də qadağan edilməsi planlaşdırılır.

Yeni qanun layihəsinin yaxın günlərdə baxılmaq üçün parlamentə təqdim edilməsi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2350625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR