Sputnik "Sən Supersən!" iştirakçılarını hədiyyələrlə təbrik etdi - FOTO

Sputnik "Sən Supersən!" iştirakçılarını hədiyyələrlə təbrik etdi - FOTO
19:32 3 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Sputnik İnformasiya Agentliyi və Radiosu "Sən supersən!" musiqi müsabiqəsinin MDB və Baltikyanı ölkələrdən olan və ikinci mərhələyə keçən iştirakçılarını xüsusi hədiyyələrlə təbrik edib.

Milli.Az bildirir ki, Sputnik-in hədiyyələri Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Estoniya və Qırğızıstandan olan iştirakçılara təqdim edilib. Müsabiqənin ikinci turu aprelin 8-də start götürür və onu Sputnik-in MDB və Baltikyanı ölkələrdəki portallarında izləmək olar. Bundan əlavə, Sputnik resurslarında "Sən supersən!" şousunun iştirakçılarına səsvermə davam edir. Bu səsvermə nəticəsində ən çox səs toplamış üç iştirakçı Sputnik radiosunun efirində çıxış etmək və müsabiqədə iştirakı barədə danışmaq imkanı əldə edəcək.

Azərbaycanı müsabiqədə 17 yaşlı Pərvanə Alcanova və 12 yaşlı Xoşqədəm Mehdiyeva təmsil edirlər. Qızlardan biri "Ana", digəri isə "Buludlar" mahnısını ifa edərək növbəti tura keçib. ı təmin edib. İstedadlı qızlarımıza Sputnik Azərbaycan saytında və sosial şəbəkələrdə dəstək ola bilərsiniz.

Rusiyanın NTV telekanalı və "Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun "Sən supersən!" layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində Rusiya və MDB ölkələrindən istedadlı uşaqlar iştirak edir. Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, və Estoniyada istedadların axtarışında iştirak edib.

NTV - Rusiyanın bütün ərazisində yayım həyata keçırən ən böyük qeyri-dövlət teleşirkətidir. 1993-cü ilin oktyabrından efirə çıxan NTV daimi olaraq yerli televiziya məkanının ilk üçlüyündə yer alır. NTV Rusiya Federasiyasının bütün subyektlərində yayımlanaraq, ölkə əhalisinin 99,2%-ni əhatə edir. NTV Rusiyadan kənarda - yaxın xaric, Avropa, Yaxın Şərq, Şimalı Amerika və Avstraliyadakı rusdilli tamaşıcılar üçün iki beynəlxalq versiya - NTV-Dünya (НТВ-Мир) və NTV-Amerika (НТВ-Америка) istehsal edir. NTV yarandığı gündən əsas televiziya janrlarında məhsullar yaradır və inkişaf etdirir. Telekanalın verilişləri arasında jurnalist araşdırmaları, ictimai dəyəri olan mövzular haqda diskussiyalar, ilk növbədə isə NTV-nin yayımının əsasını təşkil edən xəbərlər və analitik materiallar liderlik edir. Telekanal kollektivinin peşəkarlığı Rusiya və dünyada qəbul edilib. NTV-nin aparıcıları və müxbirləri hər il dövlət və jurnalist mükafatlarına layiq görülürlər. Kanalın əyləncə layihələri dəfələrlə müxtəlif mükafatlara sahib olub.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir.
Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/531697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR