Bu adaya yaxınlaşanı öldürürlər

Məkan: Benqal körfəzinin yaxınlığında yerləşən Şimali Sentinel adası

Hind okeanındakı bu kiçik adada yaşayan yerli qəbilə indiyə kimi cəmi bir neçə dəfə meşədən kənara çıxıb. Bəlkə də onlar yer üzündə sivilizasiyadan xəbərdar olmayan son insan topluluğudur.

Metbuat.az-ın məlumatına görə, sözügedən ada ilə ilk dəfə əlaqə 1960-cı illərdə qurulub. Maraqlısı budur ki, o zamandan bəri cəmi iki dəfə ada sakinləri ərazidən kənarda görüntüləniblər.

Kənar insanlar üçün adaya yaxınlaşmaq olduqca təhlükəlidir. Belə ki, yerlilər hətta adanın üzərindən keçən təyyarələri belə, oxla, daşla vurmağa çalışırlar. Təsadüfi deyil ki, 11 il öncə Şimali Sentinelə yaxınlaşmağa çalışan iki balıqçı öldürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR