XİN-dən Sankt-Peterburq metrosundakı terrorla bağlı BƏYANAT

XİN-dən Sankt-Peterburq metrosundakı terrorla bağlı BƏYANAT
19:52 3 Aprel 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyi Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar bəyanat yayıb.

Milli.Az-a daxil olan bəyanatda deyilir:

"Biz Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik. Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR