XİN-dən Sankt-Peterburqda törədilən terror aktı ilə bağlı BƏYANAT

XİN-dən Sankt-Peterburqda törədilən terror aktı ilə bağlı BƏYANAT
19:54 3 Aprel 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib.
 
Lent.az-ın Azərbaycan Xarici İşlər Nazirliyi-nə istinadən məlumatına görə, bəyanatda bunlar deyilir:
 
"Biz Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik. Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
 
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR