Niyam Salami: “Bunu bir dəfə Röya ilə eləmişəm” - GÖRÜNTÜLƏR

Niyam Salami: “Bunu bir dəfə Röya ilə eləmişəm” - GÖRÜNTÜLƏR
19:59 3 Aprel 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Niyam Salami həmkarı Nurlan Təhməzli ilə birgə ifa etdiyi “Dost olaq” adlı klipinə təqdimat mərasimi keçirib. Lent.az-ın məlumatına görə, tədbiri aparıcı Lalə Əlimuxtarova açıq elan edərək, sözü ifaçı N.Salamiyə verib: “Əslində xeyli vaxt idi ki, belə bir tədbir keçirmək, jurnalistlərlə görüşmək istəyirdim. Açığı bunun üçün darıxmışdım. Axırıncı dəfə bunu Röya Ayxanla etmişdim. Bir çoxları deyir ki, şou-biznesdə sakitçilikdi. Bu fikrin mənə heç bir dəxli yoxdur. Sənətimin üzərində işləyirəm. Yeniliklərim çoxdur. Nurlanla birgə ifa etdiyim bu mahnının da seviləcəyinə inanıram. Klipin də bəyəniləcəyinə əminəm”.

 

Qeyd edək ki, “Dost olaq” adlı bəstənin sözləri Xuraman Vəfanın, musiqisi Şhadmehr Aghili , aranjimanını Elvin İmanov, klipin rejissoru Elmar Məmmədov, operatoru Tərlan Haqverdiyev, prodüseri Elvin Aydındır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR