Azərbaycan XİN Rusiyada baş vermiş terror aktı ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş terror aktı ilə bağlı bəyanat yayıb.

Metbuat.az-ın məlumatına görə, bəyanatda deyilir:

“Biz, Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik.

Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR