Şərif Ağayardan yeni roman

Şərif Ağayardan yeni roman
20:17 3 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Yazıçı Şərif Ağayarın yeni romanı işıq üzü görüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Arzulardan sonrakı şəhər" adlı roman "Qanun" nəşriyyatında çap olunub.
 
Kitabın redaktorları Etimad Başkeçid və Hədiyyə Şəfaqətdir.
 
"Arzulardan sonrakı şəhər" azadlıq və müharibə mövzusundadır.
 
Müəllif bu romanı öz yaradıcılığında yeni mərhələ hesab etdiyini və oxucuların marağına səbəb olacağını bildirib. Bir neçə tanınmış qələm adamı roman haqda maraqlı fikirlər söyləyib, onu müstəqillik dövrünün ən qiymətli romanarından biri kimi dəyərləndirib.    
 
Xatırladaq ki, "Arzulardan sonrakı şəhər" Şərif Ağayarın sayca üçüncü romanıdır. Bundan əvvəl müəllifin "Haramı" və "Gülüstan" romanları, eyni zamanda bir neçə şeir və hekayələr kitabı işıq üzü görmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR