Sankt-Peterburqu qana boyayan terrorçunun İLK FOTOSU

Sankt-Peterburqu qana boyayan terrorçunun İLK FOTOSU
20:23 3 Aprel 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburq metrosunda partlayış törətdiyi ehtimal edilən terrorçunun şəkli yayılıb.

Publika.az xəbər verir ki, şəkli REN TV dərc edib.

Görüntülərə görə, kişi vaqonda çantanı qoyaraq oranı tərk edib. Göründüyü kimi, şübhəli şəxs saqqallıdır. Onun başında papaq var idi. Hüquq-mühafizə orqanları onun istintaqı yanlış istiqamətinə yönəltmək üçün belə geyindiyini istisna etmirlər.

Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 14.30-da metronun “Texnoloqiçeskiy institut-2” və “Sennaya ploşad” stansiyaları arasında partlayış baş verib. Səhiyyə naziri Veronika Skvortsovanın verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər həlak olub, 47 nəfər yaralanıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR