"Məni geyimimə görə qınayırlar" - Samira

"Məni geyimimə görə qınayırlar" - Samira
20:32 3 Aprel 2017
243 Şou
Ölkə mətbuatı
A- A+

"Müğənnilik əslində gözəl sənətdi, digər tərəfdən isə insanı özünə dartan sənətdir. Adi insana o qədər diqqət yetirmirlər. Amma məşhurlaşdıqca sənə daha çox diqqət göstərirlər. Şöhrətinə, puluna və s. görə sənə hörmət edirlər. Çox az adam sənə özünə görə hörmət edər. Müğənniliyi atsam, çox az adam mənim yanımda olacaq, unudalacam".
 
Milli.Az bildirir ki, bunu ailem.az-ın canlı yayımında müğənni Samira Allahverdi deyib. 

İfaçının sözlərinə görə, bəzən onu geyiminə görə qınayırlar: 

"Mənə deyirlər, bir az al-əlvan geyin. Kimsə uzun geyinəndə heç kim ona baxmır, amma qısa geyinəndə hamı diqqət göstərir. Maarifləndirici verilişlərə baxan yoxdur. Amma elə ki, verilişdə qalmaqal var hamı baxır, hamının xoşu gəlir. İnsan psixologiyası belədir. İnsanlar hər zaman hər şeyin pisini axtarır. Onun ucbatından sənət, həyat tərzi adamı öz ağuşuna dartıb aparır. Bu, bütün dünyada belədir. Bəzi müğənnilər sənətin diqtə etdiyini edirlər ki, gündəmdə qalsınlar. O cür müğənnilərin sosial şəbəkələrdə milyonlarla izləyicisi var. Amma mənim 100 min. Niyə? Yaxşıya az dəyər verilir. Dünya əzəldən belədir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/531702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR