Bərdədə yol qəzası: Xəsarət alanlar var

Bərdədə yol qəzası: Xəsarət alanlar var
20:42 3 Aprel 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, qəza Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Jeep" "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "Jeep"in sürücüsü, 61 yaşlı Kamil Əli oğlu Ağalarov, "Mercedes"in sürücüsü, 44 yaşlı Rauf Tofiq oğlu Abbasov və sərnişini, 36 yaşlı Elnur Məhiyyəddin oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onları vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/531704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR