Rusiyada terror aktında yaralanan azərbaycanlının vəziyyəti orta ağırdır -

Diaspora nümayəndəsi: "Zaur Vəliyevin huşu yerindədir"

Sankt-Peterburqda terror aktı nəticəsində yaralanan həmyerlimizin vəziyyəti orta ağır olaraq qalır.

Bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. Onun sözlərinə görə, həmyerlimiz Zaur Vəliyev hazırda Peterburqun İ.İ Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsindədir.

"Həkimlərin verdiyi məlumata görə, Z. Vəliyevin huşu yerindədir. O, həkimlərlə danışıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər" - deyə diaspor nümayəndəmiz bildirib.

Elşən Həmzəyev həmyerlimizin Peterburq sakini olmadığını, Oryol şəhərindən gəldiyini də söyləyib.

***

23:10

Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.

Bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.

E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib. Xəstəxanadan verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

***

20:40

Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində yaralananların ilkin siyahısı açıqlanıb.

Metbuat.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hazırda siyahıda 16 nəfərin adı var.

Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.

Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR