Putinə göndərilən "terror mesajı"

Sankt-Peterburqda törədilən terror aktı zamanı prezident Vladimir Putinin də şəhərdə olması diqqət çəkib. Bu üzdən ağıla gələn ilk sual odur ki, bəzi qüvvələr terror aktı ilə Putinə hansı mesajı vermək istəyir?

Metbuat.az xəbər verir ki, Rusiya Federasiyası Şurasının Müdafiə və Təhlükəsizlik komitəsinin rəhbəri Viktor Ozerov bildirib ki, prezidentin şəhərə səfər etməsiylə qanlı hücum arasında bağlılıq var:

"Partlayışın yeri və zamanı təsadüfi deyil. Həmin vaxt dövlət başçısı şəhərdə idi və mətbuat konfransında iştirak edirdi".

Terror aktının ölkədə təşkil olunan irimiqyaslı etiraz aksiyaları ilə eyni ərəfəyə təsadüf etməsi də diqqət çəkir. Bu nüanslar hücumun arxasında xarici qüvvələrin olduğunu deməyə əsas verir. Yəqin ki, rəsmi Moskva mesajın hardan və nə üçün göndərildiyini müəyyənləşdirməkdə çətinlik çəkməz. Bu üzdən bir neçə gün sonra dünyanın mərkəzi şəhərlərindən birində oxşar hadisənin baş verməsi yəqin ki, təəccüb doğurmaz. Rusiya kimi nəhəng ölkəni hədəfə almaq üçün gərək bir o qədər nəhəng olasan.

Anar Türkeş / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR