Sankt-Peterburqdakı teraktla bağlı iki nəfər axtarışa verildi

Sankt-Peterburqdakı teraktla bağlı iki nəfər axtarışa verildi
21:18 3 Aprel 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburqda baş verən terror aktıyla əlaqədar iki nəfər axtarışa verilib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, axtarılan şübhəlilərdən biri partlayıcı qurğunu qatara qoyub, digəri isə bombanı “Ploşad vosstaniya” stansiyasında yerləşdirib.

Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 14.30-da metronun “Texnoloqiçeskiy institut-2” və “Sennaya ploşad” stansiyaları arasında partlayış baş verib. Səhiyyə naziri Veronika Skvortsovanın verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər həlak olub, 47 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR