"Neymarı qorumalıyıq"

"Neymarı qorumalıyıq"
21:27 3 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın idman direktoru Roberto Fernandes bəzi futbolsevərlərin Neymara qarşı antipatiyasına münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fernandes braziliyalı hücumçunun malik olduğu keyfiyyətləri yüksək qiymətləndirib.

"Neymar "Barselona" və İspaniya çempionatı üçün mükəmməl oyunçudur. Biz onu qorumalıyıq. İnsanlar belə futbolçuları görməkdən ötrü stadiona gəlir. Neymar başqalarının bacamadığını edir. O, baxımlı qollar vurur və qarşısına yüksək hədəflər qoyur. Deməli, biz qeyri-adi bir şəxs haqqında danışırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR