Avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
21:37 3 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şərəfxanlı kəndi ərazisində qeydə alınıb.

Ağdam rayon sakini Həsənov Ceyhun Mirzə oğluna məxsus "Mercedes" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
 
Nəticədə maşında olan sürücü C. Həsənov və sərnişini  Salyan rayon sakini Hüseynov Cavad Afət oğlu müxtəlif bədən xəsarətləri alıb. 
 
Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/531633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR