Avtomobil şini partlayıb, iki nəfər xəsarət alıb

Avtomobil şini partlayıb, iki nəfər xəsarət alıb
21:47 3 Aprel 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxda təkər təmiri sexində işləyən iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qazax şəhərində qeydə alınıb. Təkər təmiri sexində avtomobil təkərinə hava vuran zaman şin partlayıb.

Hadisə zamanı sexdə işləyən Kamuna kənd sakini, 1964-cü il təvəllüdlü Elçin Axundov və Ağköynək kənd sakini 1985-ci il təvəllüdlü Əmiraslan Əmiraslanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/531714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR