"Real" La Liqanın rekordunu təkrarladı

"Real"ın müdafiəçisi Naço Fernandes La Liqanın son turu çərçivəsində "Alaves"lə görüşdə fərqlənməyə imkan tapıb.

Metbuat.az-ın məlumatına görə, Naço Madrid klubunun heyətində bu mövsüm Primeroda qol vuran 19-cu futbolçudur. Daniel Karvaxal və Fabio Koentrau istisna, "Real" forması geyən bütün oyunçular rəqib qapılarına yol tapıb.

Bununla da paytaxt təmsilçisi növbəti dəfə İspaniya rekordunu təkrarlayıb. 1994-95 mövsümündə "Valensiya"nın heyətində 19 müxtəlif futbolçu fərqlənməyi bacarmışdı. Cəmi 1 il sonra isə "Real" oxşar nəticə ilə yadda qalmışdı.

Qeyd edək ki, komandanın vurduğu qolların 25%-nin altında Kriştianu Ronaldunun imzası var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR