Bu sürücüyə siqnal vermək olmaz – Əsəbləşir - VİDEO

Bu sürücüyə siqnal vermək olmaz – Əsəbləşir - VİDEO
22:28 3 Aprel 2017
851 Digər
Ölkə mətbuatı
A- A+

Oxuculardan biri avtosfer.az-a Bakıda yol hərəkəti qaydalarınl pozan, ona etiraz etdikdə isə acığa düşüb qəza vəziyyəti yaradan sürücünün videosunu göndərib.

Publika.az-ın məlumatına görə, oxucu bildirir ki, hadisə martın 16-da, saat 18:00-19:00 arasında Xətai rayonundakı ASAN xidmətin qarşısında baş verib: “İşıqforun yaşıl işığı yandığı zaman 99 GV 979 nömrəli “Mercedes Vita” markalı avtomobil mənim yerləşdiyim sağ zolağa yerdəyişmə edən zaman işıq siqnalını yandırmadan və mənə yol verməli olduğu halda bunların heç birini etmədən məni sağ tərəfə sıxdı. Etiraz əlaməti olaraq səs siqnalı ilə sürücünü diqqətli olmağa çağırdım. O isə bu azmış kimi qarşıma keçib ehtiyac olmadan kəskin tormozdan istifadə edərək qəza şəraiti yaratdı. Videoda “Mercedes Vita” markalı avtomobilin sürücüsünün bir neçə ciddi qayda pozuntusu törətdiyi görünür. Çox xahiş edirəm ki, bu məsələni ictimailəşdirəsiniz ki, həmin sürücü qanun qarşısında cavab versin. Cox istərdim ki, layiqli cəzasını alsın”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/193630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR