Geyimlərdəki tər ləkəsini belə təmizləyin

Geyimlərdəki tər ləkəsini belə təmizləyin
22:57 3 Aprel 2017
232 Maraqlı
Ölkə mətbuatı
A- A+

Geyimlərdəki tər ləkəsi necə təmizlənir? Qırımızı şərab, tonal krem, ya dodaq boyası ləkəsi necə təmizlənir? Sizi çətinə salan bu halların qarşısında özünüzü itirməyin. Milli.Az-ın lent.az-a təqdim edəcəyi bəzi praktik məlumatlarla bu işlərinizi asanlaşdıra bilərsiniz.

Geyimlərinizin qoltuq altlarındakı tər ləkələrini limon suyu və ya soda ilə təmizləyə bilərsiniz.
 
Yun koftalarınızı 3-4 saat soyuducunun buzluq hissəsində saxlasanız qırışmaz.
 
Açıq rəngli geyimlərdə tonal kremi təmizləmək üçün təraş köpüyündən istifadə edin.
 
Sırğanızın taxacağını itirmisinizsə, taxacaq yerinə pozan istifadə edə bilərsiniz.
 
Tükləri çıxan, tiftiklənən koftanızı təraş ülgücü ilə təmizləyə bilərsiniz
 
Qırmızı şərab ləkəsini təmizləmək üçün ləkənin üzərinə bir az ağ şərab, sonra bir miqdar soda əlavə edin. 2-3 saat sonra yuyun.
 
Geyimlərinizdəki dodaq boyası ləkəsini saç spreyi ilə təmizləyə bilərsiniz.
 
Dəri pencəklərinizi yumşaltmaq üçün yağışın altında gəzin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR