Peterburq metrosu işini qismən bərpa etdi

Peterburq metrosu işini qismən bərpa etdi
23:28 3 Aprel 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburq metropoliteninin işi qismən bərpa olunub.

"Report" xəbər verir ki, bu barədə metronun mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

"3,4,5-ci xətlər üzrə hərəkət tam açıqdır. 2-ci xətt üzrə hərəkət "Kupçino"dan "Moskovski"yə və "Petroqradski"dən "Parnas" stansiyasına qədərdir", - deyə məlumatda bildirilir.

Aprelin 3-ü Bakı vaxtı ilə 15.40-da Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeski institut-2" stansiyaları arasında partlayış baş verib.

Rəsmi məlumata görə, 10 nəfər ölüb. İstintaq Komitəsi terror aktı barədə cinayət işi qaldırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR