"Real" özünə məxsus İspaniya rekordunu təkrarladı

"Real" özünə məxsus İspaniya rekordunu təkrarladı
23:52 3 Aprel 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" İspaniya La Liqasının 29-cu turunda "Alaves"ə 3 cavabsız qolla qalib gəlib. Madrid klubunun qollarını Benzema, İsko və Naço rəqaibin qapısından keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Naço "Real"ın bu mövsümdə Primerada fərqlənən 19-cu futbolçusu olub. Bu, İspaniya çempionatının rekordudur. 1994/95 mövsümündə "Valencia", 1 il sonra "Real"ın özü analoji göstəriciyə nail olmuşdu. Qeyd edək ki, cari mövsümdə  "kral klubu"nun oyunçularından yalnız Daniel Karvaxal və Fabio Koentrao fərqlənə bilməyib. Komandanın 25 % qolu Ronaldonun payına düşür. 8 oyunçu isə minimum 2 dəfə fərqlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR