Azərbaycanlı fəhlələri daşıyan lift 12 metrlik yüksəklikdən yerə çırpılıb

Azərbaycanlı fəhlələri daşıyan lift 12 metrlik yüksəklikdən yerə çırpılıb
23:57 3 Aprel 2017
1078 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik yüksəklikdən yerə çırpılıb. Bildirildiyinə görə, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ağır xəsarət alanlar fəhlələr xəstəxanaya çatdırılıb.

Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır - texniki təhlükəsizlik qaydalarını pozub.

Qeyd olunur ki, lift insanları sdaşımaq üçün nəzərdə tutulmayıbmış.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR