"Təzə bazar"da yanğın söndürülüb -

Bakıda "Təzə bazar"da baş verən yanğın söndürülüb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.

***

01:21

Fövqəladə Hallar Nazirliyi (FHN) “Təzə Bazar”-da baş vermiş yanğınla bağlı məlumat yayıb

Metbuat.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda “Təzə Bazar” adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

01:01

Bakıda "Təzə bazar"da yanğın hadisəsi baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınları cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR