Bu pozalarda yatan insanlar

Mütəxəssislər qeyd edir ki, insanın yuxu zamanı aldığı poza onun sağlamlığına ciddi təsir edə bilər.

Sol böyürü üstə yatmaq insanın mədə-bağırsaq sisteminin fəaliyyətinə (xüsusilə mədə və mədəaltı vəzinə) və həmçinin immun sisteminə müsbət təsir edir. Bu vəziyyətdə bütün orqanizmin fəaliyyəti yaxşılaşır, limfa sisteminin orqanizmdən toksinlər və s. ziyanlı maddələrin çıxarılması ilə bağlı fəaliyyəti güclənir.

Sağ böyürü üstə yatan insanlarda isə əksinə həzm və limfa sisteminin fəaliyyəti pisləşir.

Bel üstə yatmaq da ziyanlı sayılır. Belə vəziyyətdə yatan insanda nəfəsalma çətinləşir ki, nəticədə qanda oksigenin səviyyəsi azalır, tənəffüs sistemi xəstəliklərinin riski artır.

Mənbə: Saglamolun.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR