Peterburq metrosunda terror aktı ilə bağlı cinayət işi açılıb -

Sankt-Peterburq metrosunda baş verən partlayış hadisəsi ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, İstintaq Komitəsi Peterburq metrosunda baş verən partlayışı terror aktı kimi qiymətləndirib.

Komitə tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin terror maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sankt-Peterburq metrosunda baş verən partlayışın cinayət işini Rusiya Federasiyası İstintaq Komitəsinin xüsusi işlər üzrə Baş İdarəsi aparır.

Terror qurbanları ilə bağlı Sankt-Peterburqda 3 günlük matəm elan olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR