Səhiyyə nazirindən Peterburqdakı partlayışla bağlı AÇIQLAMA

Səhiyyə nazirindən Peterburqdakı partlayışla bağlı AÇIQLAMA
04:19 4 Aprel 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Peterburqda metroda baş verən partlayışla əlaqədar 45 nəfər xəstəxanaya yerləşdirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova bildirib.

 

“Hadisə nəticəsində 11 nəfər ölüb. Hazırda 45 nəfər xəstəxanadadır stasionar müalicə alır”, deyə V.Skvortsova bildirib.

 

Onun sözlərinə görə, yaralananlardan 4 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 45-i yaralanıb. Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR