FHN Peterburqdakı partlayışla bağlı yaralıların yeni sayını açıqladı

FHN Peterburqdakı partlayışla bağlı yaralıların yeni sayını açıqladı
06:34 4 Aprel 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Peterburqda metroda törədilən terror aktı nəticəsində xəstəxanalara 51 nəfər yerləşdirilib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən bildirilib.

 

“Xəstəxanalara yerləşdirilən 47 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda 4 qadının kimliyi məlum deyil”, məlumatda deylir.

 

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova terror aktı nəticəsində 45 nəfərin yaralandığını bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR